1944-cü ildə müttəfiq qüvvələrin Normandiyada desant əməliyyatı Hollivudun mərhum resjissoru Corc Stivensin başçılıq etdiyi Amerika ordu kinematoqrafçılarından ibarət qrup tərəfindən əsasən ağ-qara variantda lentə alınıb.
Lakin Stivens o günlər özəl gündəliyini də videoya çəkib. Bu nadir rəngli görüntülər nasistlərin Fransadan çıxması ilə nəticələnmiş hərbi kampaniyanın tarixinə yeni bir baxış imkanı yaradır.
1944-cü il, iyunun 6-da sübh tezdən Amerika kinematoqrafçılarından ibarət bir qrup desant əməliyyatına start verilməsini filmə çəkəcəyini gözləyirdi.
Onların rəhbəri, 37 yaşlı Hollivud rejissoru Corc Stivens də döyüş səhnələrini öz kamerası ilə rəngli “Kodachrome” lentinə çəkirdi.
C.Stivens bu videokadrlardan sonra heç vaxt istifadə etməmişdi.
Onillər sonra onun özü kimi rejissor olan oğlu Corc Stivens bu nadir videolenti bərpa edərək 1994-cü ildə Normandiya əməliyyatının 50-ci ildönümündə unikal sənədli film hazırlamışdı.
Ata Stivensin sayəsində desant əməliyyatının baş verdiyi gün səma və dənizin rəngi, əsgərlərin forması, silahlardan çıxan tüstü, bir sözlə, hər şey orijinal rənglərdə gəlib bizə çatıb.
Corc Stivens: “Mənə elə gəlir ki, mən gözlərimlə həmin gün rəngləri ilk dəfədir görürdüm. Filmə baxdım və insanlardan tutmuş hadisələrə qədər hər şey həmin gün olduğu kimidir”.
Rənglər Fransanın dağılmış kəndləri, fransızların müttəfiq qüvvələrini salamladığı səhnələrə sanki həyat vermişdi.
Nadir kadrlarda həmçinin Parisin azad edilməsi və Fransa müqavimət hərəkatının lideri və prezident Şarl De Qollun görüntüləri var.
Corc Stivens Amerika əsgərlərini salamlayan gənc fransız qızların üzünün ifadəsini çəkməyə çalışmışdı.
ABŞ generalı Corc Patton və Britaniya generalı Bernard Montqomerinin də nadir görüntüləri video lentə alınıb. Döyüşdən canlarını qurtarmış alman əsgərləri də Stivensin kamerası vasitəsilə çəkilib.
Corc Stivens: “Bu, çox gözəl rəngli sənədli filmdir. II dünya müharibəsi adətən ağ-qara
lentə çəkilirdi. Biz müharibəni elə görmüşdük və elə görürdük”.
Videokardlarda müttəfiq qüvvələrin əsgərlərinin düşmənin cəhbə xəttini keçməyə, onların bəzisinin o dövrün üzərində qraffiti yazısı təyyarələrində uçmağa hazırlaşdığı göstərilir.
Müttəfiq qüvvələr Almaniyaya daxil olduğu vaxt Corc Stivens nasistlərin əsir düşəgərlərindəki dəhşətlərini də lentə almaqdan çəkinməmişdi. Krematoriyaların qarşısında yığılmış insan cəsədləri və müharibənin digər dəhşətli anlarını göstərən bu videokadrlar gələcək nəsillərin yaddaşında qalacaq güclü təsirə malikdir.