Ölən və yaralananlar var.
İranın paytaxtı Tehranda qum qasırğası nəticəsində ölənlərin sayı 5-ə çatıb, 30 nəfər xəsarət alıb.
Qum qasırğası yerli vaxtla saat 17:30-dan başlayaraq şəhəri bürüyüb, küləyin surəti 120 km/s-yə çatıb.
Küçələrdə bir çox ağac aşıb, tikililərə, elektrik və kommumikasiya xəttlərinə ciddi ziyan dəyib.
Tehran hava limanında beynəlxalq uçuşlar müvəqqəti olaraq təxirə salınıb.
Apa