Ağdaş-Qaravəll yolundakı dəhşətli qəza ilə bağlı yeni məlumat var. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) ANS PRESS-ə verilən məlumata görə, ilkin məlumata görə qəza zamanı 2 nəfər ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri alıb.
Bu gün Ağdaş-Qaravəlli yolunda Ləkiyə yaxın ərazidə dəhşətli qəza baş verib.
***
AzVision.az xəbər verir ki, Ağdaş Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, məzunlar olan mikroavtobusla “Şagman” markalı yük maşını toqquşub.
Qəzada 3 nəfərin öldüyü bildirilir. 8 nəfər isə ağır xəsarət alıb. Yevlax rayon xəstəxanasından verilən məlumata görə, xəsarət alanların vəziyyəti ağırdır.