Mücahidlər Suriya ordusuna məxsus hərbi bazanı partladıb.
“Cabat an-Nusra” qruplaşması Əl-Hazanat hərbi bazasını partladıb. Partlayış nəticəsində mücahidlər 250-dən çox Əsəd tərəfdarını öldürüb, 100-dən çoxunu isə ələ keçirib.
Əvvəlcə silahlı hücum təşkil edən mücahidlər bundan sonra hərbi bazanı partladıblar.
Qeyd edək ki, ötən gün mücahidlər təşkil etdikləri 3 hücumda 8 nəfər itiriblər.(Axar.az)