Hadisə ilə bağlı tibb müəssisəsindən ətraflı məlumat verilmir.
Bu gün saat 11.00 radələrində Quba Regional Perinatal Mərkəzində ana və uşaq ölümü faktı qeydə alınıb.
Oxu.Az RTV-yə istinadən bildirir ki, Quba rayonu, Nügədi kənd sakini Qızxanım Qayıbova qeysəriyyə əməliyyatına hazırlıq ərəfəsində qəfil dünyasını dəyişib. Qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı tibb müəssisəsindən ətraflı məlumat verilmir. Hazırda faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.