Sənubər İsgəndərli “O” layihəsində sualları cavablandırıb
Hər zaman filmlərdə, teatr səhnəsində görməyə alışdığımız, “Cənət bibi” rolunu təzələyərək, Afət obrazı ilə serial tarixinə damğasını vuran Sənubər İsgəndərli bu dəfə Ailem.az-ın “O” layihəsində sualları cavablandırıb.
– Sevgi, ya qarşılıqlı hörmət?
– Sevgi və ya hörmət. Biri ağılsızdır, biri ağıllı, ikisi bir yerdə isə daha gözəldir.
– Subaylıq, ya evlilik?
– O baxır insanın hansı statusda özünü daha xoşbəxt hiss etməsinə.
– 1 uşaq, ya çox uşaq?
– Əgər övlada yetərincə diqqət, savad, tərbiyə vermək imkanı varsa, cox uşaq.
– Qaynana, ya gəlin?
– İnsan!
– Övlad, ya nəvə?
-Hər ikisi.
– Tək arvadlılıq, yoxsa çoxarvadlılıq?
– Görəsən, çoxarvadlılıq neçə dəfə olar? Hər halda kişilər razı olar. Təbii ki, tək arvadlılıq.
– Evdə qadının, ya kişinin sözü?
– Hansı ağıllıdırsa onun.
– Ana, yoxsa nənə Sənubər İsgəndərli?
– Ana.
– Müğənni, yoxsa aktrisa?
– Aktrisa.
– Muğam, ya pop?
– Ovqatdan asılıdır.
– Qadın, yoxsa kişi sürücü?
– Sürücünün cinsi olmur. Hər ikisi qanun qarşısında eyni cavabdehlik daşıyır.
– Qışda, yoxsa yayda tətil?
– Hər fəslin öz gözəlliyi və özəlliyi var.
– Kənd, ya şəhər?
– Asfaltdan bezəndə, torpağa qaçırıq.
– Yeni il, yoxsa Novruz bayramı?
– Mənim üçün yeni il. Nəticə etibarı ilə ikisi də yeni ildir.
– Cənnət bibi, yoxsa Afət?
– Cənnət bibi.
– 14 fevral, yoxsa 30 iyun?
– Sevgi varsa, nə fərqi. Sevgi dolu günlər bayrama bənzər.
– 26 iyun yoxsa, 8 mart?
– Əsas ordumuzdur. Dövlətimizin keşiyində duran insanların bayramı mütləq qeyd olunmalıdır.
– Bişirmək ya yemək?
– Heç biri ilə aram yoxdur, xüsusilə də bişirməklə. Amma çox gözəl əl qabiliyyətim var.
– Pəhriz, ya nə gəldi yemək?
– Savadlı qidalanma.
– Bağışlamaq, yoxsa nifrət?
– Markes deyir ki, nifrəti buzun üstünə yazıb, günəşin altına qoy.
– Sizin qayğınız, yoxsa sizə qayğı?
– Müştərək.
– Hədiyyə, yoxsa bir söz yetər?
– Söz nədir ki, boş hava, əsas əməldir.
– Kitab, ya jurnal?
– Kitab.
– Film, yoxsa serial?
– Film.
– “Möhtəşəm yüz il”, yoxsa “Kurtlar vadisi”?
– “Möhtəşəm yüz il”.
– Teatr ya kinoteatr?
– Teatr.
– Sonda olum ya ölüm?
– Həyat yoxdan varlığa, varlıqdan yoxluğa bir yolçuluqdur. Olumlu, ölümlü dünya, bir ucu ölümlü dünya. Biz seçmirik.