Türk televiziyasının ən reytingli yarışmalarından biri “Survivor: Məşhurlar və Könüllülər”in iştirakçıları- Turabi və Gökhan mübahisə ediblər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyundan sonra iştirakçı Turabinin bayraqla etdiyi hərəkətə əsəbləşən Gökhan reaksiya verincə ikili arasında söz davası başlayıb. Bunu görən aparıcı Acun Ilıcalı hər iki tərəfi sakitləşdirib, daha sonra isə Turabiyə “Mən sənə “mənə hörmət edib qarşı tərəfə hörmətsizlik et” demirəm. Əgər o hərəkəti həqiqətən eləmisənsə, haqsızsan, özünə haqq qazandırma” deyərək əsəbini büruzə verib.