Bu gün azadlığa buraxılan keçmiş millət vəkili Gülər Əhmədova öz ailəsinə qovuşub.
ANS PRESS-in məlumatına görə, şəkillərdən də görünür ki, onun ən çox görmək istədiyi kiçik oğlu Tamerlan olub. Onun həyat yoldaşı Fikrətlə sakitcə çay içdiyi də ANS PRESS-in əməkdaşının diqqətindən yayınmayıb.
Gülər Əhmədova eksklüziv müsahibəsində deyib ki, fərd olaraq bəzi şeyləri itirib.
“Azərbaycan dövlətçiliyi mənim üçün əsasdır, qərarı gözləyirdim. Günahsızlığıma inanırdım”, – deyə keçmiş millət vəkili bildirib.