FaktXəbər-in verdiyi məlumata görə, Ukraynanın Təhlükəsizlik Xidməti ölkənin devrilmiş prezidenti Viktor Yanukoviçin böyük oğlu Aleksandr barəsində həbs qərarı çıxarıb. 41 yaşlı Aleksandr Yanukoviç Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində axtarışda olan cinayətkarların siyahısına əlavə edilib.
Ukraynanın sabiq prezidentinin oğlu vəzifəsindən sui-istifadə etməkdə və saxta sənədlərin hazırlanmasında ittiham olunub. Daxili İşlər Nazirliyinin məlumatına görə, sonuncu dəfə Aleksandr Yanukoviç 23 mart tarixində Kiyev şəhərində görünüb.