Nağılbaz Hüseyn Dəryadan yazdı
Qardaşlarım,bacılarım! Bu dəqiqə bir xəbər eşitdim,inanmaq istəmirəm, vallah heç zaman heç kimə biz pislik arzu eləməmişik! Əgər elədirsə, Allah rəhmət eləsin! Allah ailəsinə səbr versin! Allah qıcıqlandırıb düzgün olmayan fikirləri formalaşdıran,araqarışdıran jurnalistlərin də cəzasını versin, inşaallah! Hüseyn Dəryanın sənəti haqqında hər zaman yaxşı fikirlər dilə gətirmişəm, yeni tərz, üslub etdiyini demişəm, çalışmışam bacardığım qədər kömək, dəstək olum, qalmaqalları öz adıma yazıb onu bu yola qızışdıranlardan uzaq edim. Vallah, çox pis oldum! Allah mərdiməzarlara lənət eləsin! Allah sənə rəhmət eləsin, Hüseyn!