Əfqanıstanın Fəryəb əyalətində prezidentliyə namizəd Abdulla Abdullanın üç nümayəndəsi terrorçu «taliban» yaraqlıları tərəfindən güllələnib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «khaam press» qəzeti xəbər yayıb.
Mənbə bildirib ki, onlar prezidentin birinci müavini Məhəmməd Qasim Fəhimin dəfnindən qayıdırmışlar. Evlərinə gedən yolda avtomat silahdan güllələniblər.
Yerli hakimiyyət basqını taliblərin etdiyini bildirib. Prezidentliyə namizədin ətrafı da qətl faktını təsdiqləyiblər.
Xatırladaq ki, bu il aprelin 6-da Əfqanıstanda prezident seçkisinin keçirilməsi nəzərdə tutulub