Daşkəsən rayonunun Quşçu kənd sakini ağır yanıq xəsarəti alıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Daşkəsən rayonunun Quşçu kənd sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Rəşad ağır yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bədəninin 90 faizinin yandığı bildirilən 22 yaşlı gəncin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, R. Rüstəmov siqaret çəkə-çəkə generatora benzin tökmək istəyərkən yanğın baş verib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.