Bakının Sabunçu rayonunda polislə naməlum şəxlər arasında atışma baş verib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, təxminən yarım saat əvvəl Sabunçu rayonunun 62 saylı orta məktəbin yaxınlığında atışma olub. Atışma nəticəsində dörd polis əməktaşı ağır yaralanıb. Bir nəfər isə qətlə yetirilib. Öldürülən şəxsin Sabunçu rayonu polis idarəsində “Akula Akif ” ləqəbli rəis müavininin oğlu olduğu bildirilir. Yaralılar 3 saylı Sabunçu rayon xətəxanasına yerləşdirilib. Hələlik atışmada qarşı tərəfin kimlər olduğu məlum deyil.
Bir qədər sonra bu barədə daha ətraflı məlumat verməyə çalışacağıq.
Hadisə Sabunçu rayonu ərazisində olsa da, Suraxanı polis rəisinin əməliyyat üzrə muavini Akif Nəzərov və oğlu yaralanıb. Onların vəziyyətinin normal olduğu deyilir.
Atışmada həlak olan polisin adını isə hələ ki, dəqiqləşdirə bilmədik.
Polisə müqavimət göstərənlərdən birinin isə adının Gülağa olduğu məlum olub. Onun saxlanıldığı deyilir.