Mədəniyyət və Turizm Nazirliyi ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verib. azvision.az-ın məlumatına görə bu barədə nazirliyin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Onun sözlərinə görə, artıq mədəniyyət xadiminin müalicəsi ilə bağlı rəhbərlik tərəfindən tapşırıq verilib:
“Artıq bununla bağlı tapşırıq verilib. Bizim əməkdaşlarımız bu işlə məşğul olurlar”.
Qeyd edək ki, məşhur aktyor Ramiz Əzizbəyli hazırda Tibb Universitetinin tədris terapiya şöbəsinin reanimasiyasısındadır. O, bir müddət əvvəl avtomobil qəzası keçirmişdi, lakin maddi çatışmazlıq səbəbindən xəstəxanaya yerləşdirilməmişdi.
13:08
****
Xalq artisti Ramiz Əzizbəyli bu dəqiqələrdə Tibb Universitetinin Terapiya şöbəsinin reanimasiyasına yerləşdirilib. Hazırda sənətkar müayinə edilir. Bu barədə bakupost.az-a R.Əzizbəylinin dostu, Nicat Əsgərov məlumat verib. O, bildirib ki, müayinədən sonra həkimlər sənətkara dəqiq diaqnoz qoyacaqlar: “ Hər kəsi tanıyır, eşidir, lakin danışmaqda çətinlik çəkir. Demək olar ki, danışmır. Fevralın 9-da qəzadan sonra halı pisləşdi. Həkim çağırdıq. Həkimlər xəstəxanaya yerləşdirməyi məsləhət gördülər, lakin Ramiz müəllim razı olmadı. Evdə müalicə olunurdu. Düşünürdük ki, yaxşı olar. Amma son günlər vəziyyəti lap pisləşdi, kritik həddə çatdı”. Xatırladaq ki, yaşadığı ünvan ərazisində avtomobil qəzası keçirən sənətkar maddi çatışmazlıq səbəbindən xəstəxanaya yerləşdirilməyib. Bunu onun ailə üzvləri bildirib.
Qeyd edək ki, ötən gün xalq artistinin xanımı bildirmişdi ki, R.Əzizbəylini xəstəxanaya yerləşdirməyə pul tapmırlar: “Xəstəxanaya da yerləşdirməyə pul lazımdır, imkanımız yoxdur. Dost – tanışdan borca pul tapa bilsək, sabah, ya da birisi gün xəstəxanaya yerləşdirəcəyik. Kömək üçün heç kəsə müraciət etməyəcəyik. Ramiz belə şeyləri heç vaxt xoşlamayıb. Məhz bu səbəbdən də kiməsə
12:37
*****
“Bəxt üzüyü”, “Pirverdinin xoruzu”, “Yalan” və s. filmləri ilə kino sənətinə əvəzsiz incilər bəxş etmiş bir sənətkar sözün həqiqi mənasında ölüm-dirim mübarizəsindədir. Bir neçə ay əvvəl iflic olub yatağa düşmüş xalq artisti, Azərbaycanın sayılıb-seçilən rejissorlarından Ramiz Əzizbəylinin səhhəti ağırdır. Baxımsızlıqdan, diqqətdən kənarda qalsa da, neçə-neçə əsərə ekran həyatı bəxş etmiş sənətkarın qüruru kimdənsə imdad istəməyə, yardım üçün müraciət etməyə imkan vermir. Əslində, onun kimdənsə kömək istəyəcək halı da yoxdur.
Xalq artistinin övladları, nəvələri yatağı başında növbə çəkir, sənət yoldaşı Azad Şükürov da onu yalnız qoymur.
Ağır xəstə yatağında belə gözləri işıldayan, sağalmaq üçün mübarizə aparan Ramiz Əzizbəylinin son durumuna kövrəlməmək olmur. Onu ağır xəstə yatağında, diqqətdən kənar görmək çox ağırdır. Açığı, bu mənzərə ilə barışmaq olmur. Mədəniyyət xadimlərinin daim hər bir qayğı ilə əhatələndiyi ölkəmizdə Ramiz Əzizbəyli kimi əsl sənətkarın diqqətdən kənar qalması ürəkaçan olmadığı qədər də heyrət doğurur.
Sağlığında qiymət verək sənətkara – bu məqamda yerinə düşən ibarədir.
Ailəsi də bu mənzərəyə qürurla səbr etsə də, hər cür imkansızlığa rəğmən sabah səhər tezdən sənətkarı xəstəxanaya yerləşdirəcək.
Allah sənətkara şəfa versin. Kino sənətmizin ona böyük ehtiyacı var.
***
11:30
movqe.az