Tanınmış jurnalist, İctimai Televiziyanın redaktoru Esmira Qasımovanın avtomobilindən oğurluq hadisəsi baş verib.
E. Qasımovanın AzNews.az-a verdiyi məlumata görə, hadisə ötən gecə yaşadığı paytaxtın Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi ev 4 ünvanında baş verib. E. Qasımovaya məxsus “Rang Rover” markalı avtomobilin sol qapı tərəfdən şüşəsi sındırılıb və maşının saxlanc yerində olan 3 min manat pul oğurlanıb.
Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları gələrək, faktı qeydə alıblar. Polis İdarəsindən verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
http://s019.radikal.ru/i624/1402/44/0d59dc1aba65.jpg
http://s58.radikal.ru/i162/1402/7a/79a6313c36b2.jpg
http://s019.radikal.ru/i624/1402/a3/443b5473cc12.jpg
http://s020.radikal.ru/i716/1402/e1/51ee361eec2f.jpg
http://s61.radikal.ru/i171/1402/fd/380adf6b4019.jpg
http://i047.radikal.ru/1402/b5/7113d782c4a3.jpg