Polislər isə yardım görüntülərinin çox şən keçdiyini və bu hadisənin niyeə bu qədər böyüdüldüyünü başa düşmədiyini bildirib
İspaniyada polislərə erotik təlimlər keçirilir. ANS PRESS-in məlumatına görə, polislərə keçirilən “Təcili yardım” kursu üçün seçdiyi klip böyük qalmaqal yaradıb. Polislər üçün hazırlanan klipdə alt paltarları ilə görünən iki qadın polisin bir qəza zamanı yaralanan insanlara necə yardım etməsi gərəkdiyini maddə-maddə öyrədilir.
Görüntülərin mediyaya yol açmasına görə, hərəkətə keçən qadın hüquqları qurumları Baş polis rəisini dərhal istefaya çağırıb və məsələ ilə bağlı istintaq başladılmasını tələb ediblər. Baş Polis İdarəsi isə “təcili yardım” üçün video dəstəyi verən firmanın təşkilatın sponsorlarından biri olduğunu xatırladıb və xalqın əsəbinin səbəbini anladıqlarımı,videonu isə daha yayımlamayacaqlarını bildirib.
Polislər isə yardım görüntülərinin çox şən keçdiyini və bu hadisənin niyə bu qədər böyüdüldüyünü başa düşmədiklərini bildiriblər.
http://youtu.be/smESB8cNELI