Müğənni Mehin Hümbətova sənətə hobbi kimi baxır.
Axşam.az-ın məlumatına görə, gənc ifaçı açıq-saçıq ekran işlərinə münasibət bildirib:
“Müğənni mahnının janrından və klipin sujetindən asılı olaraq hər cür libas geyinə bilər. Amma açıq-saçıqlığı da qorumaq lazımdır. “Müğənni, lazım gəlsə, soyunmalıdır” kimi fikirlər yanlışdır. Mənə 1 milyon versələr də, soyunmaram. Əvvəldən müğənniliyə hobbi kimi baxmışam. Hər gün efirə çıxıb eyni mövzudan danışmaqdansa, ayda bir dəfə görünməyə üstünlük verirəm. Dövlət işçisi olduğum üçün şou xarakterli verilişlərdən uzaq olmağa çalışıram”.