“Soçi-2014” Qış Olimpiya Oyunları ilə bağlı dünya mediasında növbəti qalmaqallı xəbər yayılıb. Olimpiadada iştirak edən idmançılar sosial şəbəkədə qaldıqları hotelin videosunu yerləşdiriblər. Kadrlarda hotelin dəhlizində canavarın sərbəst gəzdiyi açıq-aydın görünür. Təşkilatçıların idmançıların qaldıqları bütün hotellərdə təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə həyata keçirildiyini dedikləri halda canavarın hotelə necə girməsi insanı düşünməyə vadar edir.
Qeyd edək ki, bu həftə olimpiada ilə bağlı yayılmış ən qalmaqallı xəbər litvalı idmançı Deividasın partnyorunu havaya qaldrmaq istəyərkən şalvarının partlaması olmuşdu.
http://youtu.be/4UwpIAJ06Ho