Prodüser aktyorun Barak Obamaya bənzərliyini görəndə şoka düşdüyünü deyib
ABŞ-ın çəkdiyi filmdə Obamaya bənzəyən aktyora senzura qoyulub.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın “The Son of God” (Tanrının oğlu) adlı filminin prodüserləri son zamanlar müzakirə olunan səhnənin filmdən çıxarılması barədə qərar veriblər.
İblisin oynadığı səhnələri canlandıran aktyora ABŞ prezidenti Barak Obamaya bənzərliyinə görə senzura qoyulub.
2014-cü il 28 fevral tarixində nümayiş olunması gözlənilən “The Son of God” adlı film ötən il mart ayında “History Channel” televiziya kanalında göstərilməyə başlanan və ABŞ-da çox məşhur olan “İncil” adlı serialın iki saatlıq kino versiyasıdır.
Film İsanın doğuluşundan etibarən çarmıxa çəkilməsi və göyə yüksəlişi daxil olmaqla, bütün həyatını əhatə edir.
Səhnələrin birində İblisin rolunu Məhəmməd Mehdi Uazanni adlı aktyor canlandırıb. Prodüser aktyorun Barak Obamaya bənzərliyini görəndə şoka düşdüyünü deyib.
Filmin prodüseri Roma Douney həmçinin onu da bildirib ki, izləyicilərin daha çox yaddaşına İsanın adının həkk olunmasını istədik, buna görə də iblisi çıxarmağa qərar verdik.