“Berkut” barrikada qarşısında mövqelərdə yerləşərək etirazçılara səs qumbaraları atır, qarşı tərəfdən “berkutçular”ın mövqelərinə daş atılır
Ukraynanın paytaxtı Kiyev şəhərində aksiyaçılar Maydanı nəzarətdə saxlayırlar.
ANS PRESS-in məlumatına görə, etirazçılar barrikadalar quraraq dayanıblar. Etirazçılardan bəziləri başlarına dəbilqə qoyaraq, qalxanlarla müdafiə mövqeyi tutublar.
“Berkut” barrikada qarşısında mövqelərdə yerləşərək etirazçılara səs qumbaraları atır. Qarşı tərəfdən “berkutçular”ın mövqelərinə daş atılır. Kiyevdə baş verən toqquşmalarda ölənlərin sayı isə 28-ə çatıb
Maydanda baş verənlərləri bu videoyayımdan canlı izləyə bilərsiniz: