İngiltərənin Birmingem şəhərinin beynəlxalq hava limanında yüzlərlə sərnişin ölümdən qurtulub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, “Boeing 767” sərnişin təyyarəsi hava limanına enərkən güclü küləyin öhdəsindən gələ bilməyib.
Küləyin gücündən ləngər vurmağa başlayan təyyarə yalnız pilotların məharəti sayəsində qəzasız enib.
Ekspertlərin dediklərinə görə, yan küləyin təsirindən ləngər vuran təyyarə uçuş-eniş zolağına normadan artıq bucaq altında enib.