“Qələbəmizə görə bizi bağışlayın. Əhvalınızı pozmaq, kefinizi pəjmürdə etmək istəməzdik. Amma nə etmək olar – bu, futboldur”.
İspaniyanın “Barselona” klubunun oyunçusu Fransesk FabreqasÇempionlar Liqasında “Mançester Siti” üzərində qələbəyə görə üzr istəyib.
Matç “şəhərlilər”in “Etihad” stadionunda oynanmışdı.
Fabreqasın üzrxahlığı “Brit Awards” mükafatlarının təqdimat mərasimində olub.
“Barsa”nun yarımmüdafiəçisi səhnəyə məşhur müğənni, “X Factor” müsabiqəsinin münsiflər heyətinin üzvü Nikol Şerzingerlə çıxıb.
Milli.Az El Mundo Deportivo-ya istinadən bildirir ki, Fabreqas daha sonra gülərək söyləyib: “Ötən gecə baş verənlərə görə təəssüflənirəm. Sülhlə gəlmişəm”.