Bu gün səhər Azərbaycanın xalq artisti Firəngiz Şərifova dünyasını dəyişib.
Firəngiz Şərifova həm də “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun nənəsidir.
Bununla bağlı Eldar Qasımov bu günə nəzərdə tutulan konsertini təxirə salıb. O, konsertini başqa günə keçirəcək və nənəsinin xatirəsinə həsr edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümmətovun AzNews.az-a verdiyi məlumata görə, mərhumla vida mərasimi “Aktyorlar evi”ndə keçiriləcək.