Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli turnirində bütün görüşlər bir gündə baş tutacaq.
Azərbaycan millisinin üzvü Ruslan Abışovun da şərəfini qoruduğu Rusiyanın “Rubin” klubu İspaniyada meydana çıxacaq. Kazanlılar La Liqanın autsayderi “Betis”lə münasibətlərinə aydınlıq gətirəcəklər. Qrup mərhələsini zirvədə başa vuran Rusiya təmsilçisi səfərdə sərfəli nəticə ilə qayıtmaq istəyir.
Futbolsevərlərimizin maraqla gözlədiyi digər görüş isə İtaliyada keçiriləcək. Qardaş ölkə Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Trabzonspor” səfərdə A Seriyasının lideri “Yuventus”la üz-üzə gələcək. Ölkə çempionatında işləri heç də yaxşı getməyən və son olaraq baş məşqçisi Mustafa Akçayla yolları ayıran Qara dəniz təmsilçisini çətin sınaq gözləyir. Turin klubu isə hər iki oyun üçün də aşkar üstünlüyə malikdir. “Qalatasaray”a uduzaraq elə qrup mərhələsindəcə Çempionlar Liqası ilə vidalaşan Antonio Kontenin komandası İstanbuldakı məğlubiyyətin heyfini “bordo-mavililər”dən çıxmaq fikrindədir.
Kiyevdə yaşanan hadisələrə görə Kiprdə baş tutacaq “Dinamo” (Kiyev, Ukrayna) – “Valensiya” (İspaniya) qarşılaşması Nikosiyanın GSP stadionunda keçiriləcək. Oyun əvvəlcədən nəzərdə tutulduğu vaxtda – 22:00-da başlayacaq.
Kiyevdə yaşanan hadisələrə görə Kiprdə baş tutacaq “Dinamo” (Kiyev, Ukrayna) – “Valensiya” (İspaniya) qarşılaşması Nikosiyanın GSP stadionunda keçiriləcək. Oyun əvvəlcədən nəzərdə tutulduğu vaxtda – 22:00-da başlayacaq.
UEFA Avropa Liqası, 1/16 finalın ilk oyunları
20 fevral
21:00. “Anji” (Rusiya) – “Genk” (Belçika)
22:00. PAOK (Yunanıstan) – “Benfika” (Portuqaliya)
22:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Valensiya” (İspaniya)
22:00. “Liberets” (Çexiya) – “Alkmaar” (Hollandiya)
22:00. “Dnepr” (Ukrayna) – “Tottenhem” (İngiltərə)
22:00. “Yuventus” (İtaliya) – “Trabzonspor” (Türkiyə)
22:00. “Çernomorets” (Ukrayna) – “Lion” (Fransa)
22:00. “Esbyerq” (Danimarka) – “Fiorentina” (İtaliya)
00:05. “Ayaks” (Hollandiya) – “Zalsburq” (Avstriya)
00:05. “Latsio” (İtaliya) – “Ludoqorets” (Bolqarıstan)
00:05. “Makkabi” (Təl-Əviv, İsrail) – “Bazel” (İsveçrə)
00:05. “Porto” (Portuqaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya)
00:05. “Maribor” (Sloveniya) – “Sevilya” (İspaniya)
00:05. “Viktoriya” (Çexiya) – “Şaxtyor” (Ukrayna)
00:05. “Betis” (İspaniya) – “Rubin” (Rusiya)
00:05. “Suonsi” (İngiltərə) – “Napoli” (İtaliya)