Biləsuvarın “Heydər Əliyev prospekti”ndə Naxçıvan sakini Cəfərov Şahin Həsən oğluna məxsus yanacaq daşıyan qoşqulu “Kamaz” markalı maşın partlayıb.
“Qaynar.info” xəbər verir ki, partlayışın təsirindən maşın 10 metr göyə qalxaraq parçalanıb.
Hadisə nəticəsində sürücü dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb, digər xəsarət alanlar haqqında məlumat verilmir.
Hadisənin təfərrüatları tam bəlli deyil. Hazırda ətrafdakı insanların vahiməyə düşdüyü bildirilir.