Bu gün Bakı metropoliteninin “Azadlıq prospekti” stansiyasının yaxınlığında partlayış hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, partlayış “Şahənşah restoranının qarşısındakı yeni tikilidə olub.
Həmin ərazidə yaşayan sakinlərin məlumatına görə, ətrafda olan 9 mərtəbəli binaların hamısında partlayışın gücü hiss olunub.
Güman olunur ki, partlayış qaz sızıntısı nəticəsində baş verib.
Partlayışın gücü o qədər olub ki, hətta zəlzələ olduğunu düşünənlər olub. Bu isə bəzi insanların evlərini və iş yerlərini tərk edərək küçəyə qaçmasına səbəb olub.
AzNews.az-ın məlumatına görə, partlayış nəticəsində obyektin yerləşdiyi yarımzimzəmi əraziyə ciddi ziyan dəyib. Ölən və yaralananlar haqqında müfəssəl məlumat yoxdur. Bir sərnişin avtobusu ciddi zədə alıb.
Hadisə yerinə rayon polis idarəsinin, Təcili Tibbi Yardımın və Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.
Hazırda hadisə yerində FHN-in yanğınsöndürənləri işləyir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.