“Mənzillərə kupça verilməsi prosesinə artıq başlanılıb”.
“XəzərXəbər”in məlumatına görə,bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. O bildirib ki, ölkə başçısının verdiyi sərəncam imzalandığı gündən qüvvəyə minib və icrasına başlanılıb:
“Bildiyiniz kimi ASAN Xidmət Mərkəzlərində dünənə qədər 9 dövlət orqanı tərəfindən 25 xidmət göstərilirdi. Ölkə başçısının fərmanı ilə bu xidmətlərin çərçivəsi genişləndirilib. Bu xidmətlər siyahısına həmçinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən vətəndaşlara təqdim edilən xidmətlərin çərçivəsi genişləndirilidi. Əvvəllər mənzillərə yalnız təkrar çıxarış verilirdi. Artıq ilkin çıxarış da veriləcək. Buna əlavə olaraq fərdi yaşayış evlərinə təkrar çıxarışın verilməsi həyata keçiriləcək. O cümlədən hərbi qeydiyyata düşmə və hərbi qeydiyyatdan çıxma prosedurları da səfərbərlik və hərbi çağırış dövlət xidməti tərəfindən ASAN Xİdmət Mərkəzlərində həyata keçiriləcək. Ölkə başçısının verdiyi sərəncam imzalandığı gündən qüvvəyə minib və icrasına başlanılıb”.
İnam Kərimov həmçinin bildirib ki, inzibati cərimələrin ödənilməsi artıq ASAN ödəniş xİdmət ilə həyata keçiriləcək:
“Digər bir yenilik isə elektron xidmətlərlə bağlıdır. Xüsusi ilə inzibati cərimələrin ödənilməsi artıq ASAN ödəniş xİdmət ilə həyata keçiriləcək. Bunun əsas məqsədi inzibati cərimələr barədə vətəndaşların məlumatlandırılmasıdır. O cümlədən inzibati cərimələrin elektron vasitələrlə və mobil vasitə ilə ödənilməsi həyata keçirləcək. Həmçinin ictimai yerlərdə, yanacaq doldurma mərkəzlərində xüsusi terminallar quraşdırılacaq. Vətəndaşlar inzibati cərimələri xüsusi terminallar vasitəsi ilə ödəyə biləcəklər”.