Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub. APA TV-nin məlumatına görə, hadisə Dadaş Bünyadzadə küçəsindəki, 11 D saylı binada baş verib. Hadisə yerinə FNH Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri, təcili yardım briqadaları və polis əməkdaşları cəlb edilib. Binanın sakinləri təxliyə ediliblər.
Sakinlər bildiriblər ki, yanğından əvvəl partlayış səsi eşidiblər.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən APA TV-yə verilən məlumata görə, 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri və pilləkən qəfəslərində 72 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binanın 30 nəfər sakini təxliyə edilib. Kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Ötən gecə saat 23:30 radələrində Bakının Yasamal rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Dadaş Bünyadzada 11 E ünvanında qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
ANS PRESS-in məlumatına görə, hadisə zamanı sakinlərdən 14-nün vəziyyəti pisləşib. Onlara təcili yardım köməklik göstərib. Xəsarət alanlardan 5 nəfər xəstəxanaya aparılıb.
Xəsarət alanlar aşağıdakılardı:
Tahur Məmmədov (56 yaş)
Əli Mirzəyev (45 yaş)
Qızxanım Rəsulova (70 yaş)
Yaşar Əliyev (42 yaş)
Lalə Məmmədova (48 yaş)
Püstə Salamova (80 yaş)
Xalidə Ramazanova (24 yaş)
Vüsalə Məmmədova (38 yaş)
Aliyə Mahmudova (38 yaş)
Mehdi Musayev (30 yaş)
Mirxədicə Qəzənfərova (42 yaş)
Məryam Mahmudova (19 yaş)
Ruhiyyə Musayeva (32 yaş)
Elman Musayev (30 yaş).