Kopenhagen heyvanxanası 2 yaşlı sağlam zürafəni öldürüb, sonra onu elə zooparkın şirlərinə yedirib
Danimarkada Kopenhaqen Zooparkının 2 yaşlı erkək zürafəni öldürərək, onu şirlərə yedirməsi heyvan fəalları və şəhər sakinlərinin kəskin etirazına səbəb olub.
Tam sağlam olan Mariusun öldürülməməsi üçün minlərlə insan petisiyaya imza atıb, zürafəni xilas etmək üçün digər zooparklardan və hətta imkanlı sahibkarlardan təkliflər gəlib. Buna baxmayaraq Zoopark Avropa Zoopark və Akvarium Assosasiyasının nizamnamələrini üstün tutaraq, inbridinq- yəni heyvanların qohum çarpazlaşmasını əngəlləmək üçün zürafənin həyatına son qoyub.
Buna səbəb, zürafənin zooparkda qan qohumluğu olan cütlükdən əmələ gəlməsi olub.
Rəsmilər Mariusun bolt vuran aparatla öldürüldüyünü bildirib. Heyvanxana işçiləri öldürülmüş Mariusun ətlik üçün doğranması və şirlərə yedizdirilməsinə ziyarətçilərin, o cümlədən uşaqların gözü qabağında həyata keçirib. Müdriyyət heyvanlar haqqında elmi məlumatların alınması adı verdiyi, çoxlarına qəddar görünən bu nümayişə baxıb-baxmamağı uşaqların valideynlərinin seçiminə buraxıb.
Mariusla bağlı qalmaqal internetdə böyük etiraz dalğasına səbəb olub və zooparklardakı heyvanların saxlama şərtləri ilə bağlı debatları yenidən qızışdırıb. Kopenhaqen Zooparkının əməkdaşlarından biri Mariusun öldürülməsinə görə, ailəsinə təhdidlərin gəldiyini etiraf edib. Deyilənə görə 20 min nəfərin imza atdığı petisiya ilə yanaşı, bir amerikalı iş adamı zürafəni xilas etmək üçün 680 min dollar təklif edib.
http://s019.radikal.ru/i615/1402/9f/bf8386782ab0.jpg
http://s57.radikal.ru/i158/1402/c5/6a562b555536.jpg
http://s017.radikal.ru/i419/1402/29/279c7b5f497e.jpg
http://s003.radikal.ru/i202/1402/9a/12de828541e2.jpg
http://i023.radikal.ru/1402/b9/fc7ff8de7a6f.jpg