Fevral-ın 9-da Topaz Premyer Liqasında 20-ci turun mərkəzi oyunu Lənkəranda baş tutub. Yerli “Xəzər Lənkəran” klubu doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edib.
Görüşün 82-ci dəqiqəsinə hesab qonaqların xeyrinə olub – 0:2.
Son 10 dəqiqədə toparlanmağı bacaran “Xəzər Lənkəran” 2 qol vuraraq məğlubiyyətdən yaxa qurtara bilib.
Oyun gərginliyi ilə yadda qalıb. “Neftçi”nin 2, “Xəzər Lənkəran”ın isə 1 futbolçusu qırmızı vərəqə alaraq, meydandan qovulub.
Meydandan kənarda da gərginlik yaşanıb. Belə ki, “Xəzər Lənkəran”ın azarkeşləri “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin zədələnib yerdə qalmasını vaxt uzatması kimi qiymətləndirərək, tribunadan oturacaqları qoparıb meydana tərəf atıblar.
http://i080.radikal.ru/1402/3e/50048a034771.jpg