O, Moskvada teatr aktrisasıdır
2000-ci ilin əvvələrində Azərbaycan şou-biznesinin tanınmış mahnı ifaçısı Fatimə Abbasquliyeva qısa bir vaxt ərzində parlasa da, sonradan şou-biznesi tərk edib. Onun səhnəni belə qəfildən, izsiz-soraqısz tərk eməsi bir çoxlarında müəyyən suallar yaratdı.
Artıq 12 ildir ki, Fatimənin harada olması barədə məlumat yoxdur. Modern.az müəyyən araşdırmalardan sonra Fatimə Abbasqulieva barədə məlumatları öyrənə bilib. F.Abbasquliyeva Moskvada fəaliyyət göstərən “u Nikitsikix vorot” teatrında çalışır. 2002-ci ildə Moskvaya köçən Fatimə Moskvada Rusiyanın məşhur Teatr Sənəti Unversitetində(QİTİS) təhsil alıb. Professor Rozovskinin rəhbərliyi ilə burada teatr sənətinin incəliyini öyrənən Fatimənin diplom tamaşası yazıçı Selincerin “Çovdarlıqda uçurumudan qoruyan” əsəri əsasında hazırlanmış tamaşa olub. Hazırda bu teatrda çalışan Fatimə Abbasquliyevanın repuratında çoxlu rollar var.
Qeyd edək ki, Bakıda doğulan F.Abbasquliyeva 11-ci sinifdə oxuyarkən Bakıda keçirlən “Miss Azərbyacan” gözəllik yarışmasının qalibi olub.
2000-ci ilin əvvələrində estradaya gələn Fatimənin “Sehirli yağış” mahnısı populyar idi. Uğurlu ifasına görə, 2001-ci ildə “Qızıl mikrofon” musiqi mükafatını qazanan Fatimə bundan başqa daha iki – “İlin müğənnisi” və “İlin debütü” nominasiyasında qalib gəlib. Fatimənin Özbəkistanın məşhur “Yalla” qrupunun rəhbəri Fərrux Zakirovla birgə oxuduğu “Odlar Yurdu” mahnısı dövürünün populyar ifalarından sayılırdı.
http://s019.radikal.ru/i643/1402/bd/f79602c0d93a.jpg
http://s004.radikal.ru/i208/1402/8d/7468990caf43.jpg
http://s017.radikal.ru/i442/1402/79/b4a6aeab9196.jpg
http://s020.radikal.ru/i719/1402/2a/417880f61953.jpg
http://i062.radikal.ru/1402/28/1cd4d715fa44.jpg
http://i020.radikal.ru/1402/f0/37998aab0454.jpg
http://s019.radikal.ru/i620/1402/e0/67cfd1f42c56.jpg
http://s41.radikal.ru/i092/1402/e5/e5b642868f3e.jpg
http://s020.radikal.ru/i709/1402/aa/5c98d9f414a9.jpg
http://s020.radikal.ru/i704/1402/b5/109cf81f82fa.jpg