Ailə üzvləri, yaxın və sevimli dostlarla süfrə arxasında keçirdiyimiz vaxtın həyatımızdakı, xatirələrimizdəki yeri başqadır. Bəs ədəbiyyat tarixində “ən yaxşı süfrələr” hansı əsərlərdə açılıb?
1. Luis Kerrollun “Alisa Möcüzələr diyarında” əsərində yemək səhnələri olduqca çoxdur. Mart dovşanı və Dəlisov papaqçı ilə qarşılaşan Alisa onların çay süfrəsinə qonaq olur. Papaqçı Ürəklər kraliçası tərəfindən “zamanı öldürməklə” günahlandırılıb. Onun cəzası isə vaxtının saat 6-da dayanması olub.
2. Marsel Prustun məşhur “İtirilmiş zamanın axtarışında” romanında hekayəni nəql edən şəxs çaya madlen peçenyesi atmaqla keçmişi xatırlayır.
3. “Bütün yol boyu yalnız almalı keks və dondurma yedim. Adamı tox saxladıqlarını bilmirdim” – Cek Keruakın “Yolda” əsərində seks, narkotik və sonsuz macəralardan başqa, bol arzuqəli süfrələrə də rast gəlmək olur.
4. Çarlz Dikkensin Oliveri aclıq və səfalətdən əziyyət çəkirdi. Səhər yeməyində yediyi yulaf sıyığı isə onun ağır yükünü və yorğunluğunu yüngülləşdirməyə yetmirdi.
5. Harper Linin Pulitzer mükafatlı “Bülbülü öldürmək” əsərində Cənubdakı irqi ayrı-seçkilikdən bəhs olunur. Vəkil Finç ağ dərili qadına təcavüz iddiası ilə haqsız yerə həbs olunan qaradərili Tom Robbinsonu müdafiə etməlidir. O, bu işə görə digər ağdərililərin qınağına tuş gəlir. Qəsəbədəki qaradərili insanlar isə Finçə təşəkkür etmək üçün onu süfrələrinə qonaq edirlər.
6. Herman Melvillin “Mobi-Dik” romanının XV bölümündə qəhrəmanların səfər sonrası süfrəsi göstərilir.
7. Bu fotoda C.D. Selincerin 1951-ci ildə yazdığı “Çovdarlıqda uçurumdan qoruyan” əsərində uğursuz görüşdən sonra Holden Kolfildin hazırladığı süfrə əks olunub.