Gəncə şəhərində törədilmiş qətl hadisəsinin üstü açılıb. Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 8-də şəhərdəki çay evində 20 yaşlı Aytac Əzimini qardaşının bıçaqlayaraq qətlə yetirdiyi məlum olub. Həmin gün kafeyə gələn ofisiant qızın kiçik qardaşı, 1996-cı il təvəllüdlü Qədimov Ülfət Mehman oğlu bacısına bıçaqla çoxsaylı zərbə endirib. Xəstəxanaya aparılan A.Əziminin həyatını xilas etmək mümkün olmayıb.
APA TV-nin xəbərinə görə, hadisədən əvvəl qatillə gənc qızın çayxanada çay içdikləri, oradan çıxandan sonra isə qətlin baş verdiyi bildirilir. 8 bıçaq yarası ilə ağır vəziyyətdə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən gənc qız çoxlu qan itirdiyindən orada dünyasını dəyişib.