Dünən axşam saat 19 radələrində Bakı-Qusar yolunda baş verən qəzada dünyasını dəyişən gənclə bağlı bəzi məlumatlar yayılıb.
Qeyd edək ki, Qusar şəhəri ərazisində 90-NF-003 nömrə nişanlı “Maserati” markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Maşının sürücüsü, Bakı şəhər sakini 20 yaşlı Fərid Nazim oğlu Dadaşov hadisə yerindəcə dünyasını dəyişib.
Maşındakı digər sərnişin – 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Emin Oqtay oğlu Məmmədli isə ağır bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Gənclərin dostları sosial şəbəkələrdə onların “Şahdağ” İstirahət Mərkəzinə dincəlməyə getdiklərini, geri qayıdarkən qəzaya uğradıqlarını yazıblar.
Musavat.com-un əldə etdiyi məlumata görə, F. Dadaşov iş adamı Nazim Dadaşovun oğludur. Onun atasının böyük tikinti şirkətlərindən birinin sahibi olduğu bildirilir.
Fərid Dadaşovun Facebook profilində yazılıb ki, o, Türkiyənin Bilkənd Universitetində təhsil alır.
milli.az-ın verdiyi məlumata görə, “Hyundai Tucson” markalı avtomobilin qəzaya nəticəsində “Şahdağ” İstirahət Mərkəzində dincəlməkdən geri qayıdan Fərid Dadaşov dünyasını dəyişib. Məlumata görə, sürücünün komada olduğu bildirilir.
Həmçinin qeyd olunur ki, Fərid Dadaşov yaxın dostları ilə Şahdağ istirahət mərkəzinə şəxsi maşını ilə yox, başqa bir avtomobillə gedib. Şahdağdan qayıdarkən idarəetmedən çıxan maşın dağdan yuvarlanıb.
http://s019.radikal.ru/i637/1402/30/cac9ea02b9ed.jpg
http://s017.radikal.ru/i432/1402/7a/706f5dde2843.jpg
http://s019.radikal.ru/i641/1402/4f/829530374db9.jpg
http://s018.radikal.ru/i501/1402/5d/d26a6e0d2cd6.jpg
http://i069.radikal.ru/1402/d5/5ffa63533e0e.jpg
http://s003.radikal.ru/i204/1402/48/3061fe08ee57.jpg
http://i057.radikal.ru/1402/c0/3d25ea311c2b.jpg
http://s004.radikal.ru/i208/1402/f7/b9516d376a47.jpg
http://s017.radikal.ru/i419/1402/6d/3f1b97f28ada.jpg