Moskvada azərbaycanlı “qanuni oğru” qətlə yetirilib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər veirr ki, polis əməkdaşları Çıldırlı İlqar Zakir oğlunun cəsədini avtomobilində tapıblar. Qapısı qırılmış vəziyyətdə olan avtomobilin salonunda giliz aşkar ediblər.
“Qanuni oğru” daha əvvəl oğurluğa görə 3 dəfə həbs olunub. İlkin məlumata görə, kriminal avtoritet tacqoyma mərasimi ərəfəsində qətlə yetirilib.