Rusiya prezidenti Vladimir Putin Mixail Xodorkrvskinin əfv edilməsi ilə bağlı fərman imzalayıb. Musavat.com xəbər verir ki, bu barədə məlumat Kremlin saytında yerləşdirilib.

“YUKOS” şirkətinin keçmiş rəhbərinin əfvi ilə bağlı fərman imzalandığı gündən – dekabrın 20-dən qüvvəyə minir.

Dünən Vladimir Putin bildirmişdi ki, Mixail Xodorkovski əfv xahişi ilə ona müraciət edib.