Liliya Şevtsova: «Maydan postsovet məkanında bütün avtoritar dövlətlər üçün hər an baş verə biləcəklərin 

Kiyevdə Maydanda  etiraz aksiyaları zamanı Ukrayna prezidenti Viktor Yanukoviç 3 dəfə  rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Müxalifət Yanukoviçin Moskvada  Ukraynanın  Gömrük İttifaqına girə  biləcəyindən narahat olsa da, bu, baş vermədi. Bu arada, Kiyevin əsas meydanına toplaşan insanlar dağılmağa hazırlaşmır. Əksinə, Maydanda olan müxalifət  insanları səfərbərliyə çağırır. Yanukoviçin simasında hökumət də, deyəsən mövqeyindən əl çəkmək istəmir.

FaktXəbər-in verdiyi məlumata görə, «Maydanda baş verənlərlə əlaqədar Moskva və Brüsel, həmçinin Ukrayna hökuməti ilə müxalifəti hansı dərsləri götürüb» mövzusunda Euronews Moskvanın Karneqi Mərkəzinin aparıcı elmi işçisi, siyasi analitik Liliya Şevtsova ilə maraqlı müsahibə götürülüb.

Maydanda baş verənlər, oara çıxan insanların sayı ilə əlaqədar Brüssel və digər Avropa paytaxtlarının şoka düşdüyünü deyən Liliya Şevtsova AB-nin Yanukoviçin Asossasiya barədə razılığı imzamayacağını da gözləmədiyini bildirib. Onun sözlərinə görə, Avropa bu günə kimi  Maydana söz yığnağından əlavə heç bir dəstək göstərməyib.

Ukraynalıların bu reaksiyasının «Şərq Əməkdaşlığı»na təsiri barədə isə xanım Şevtsova bunları deyib: «Düşünürəm ki, Brüssel sözügedən layihəyə bir daha nəzər yetirməlidir. Birincisi ona görə ki «şərq əməkdaşlığında» tamamilə bir-biri ilə əlaqəsi olmayan dövlətlər var. Digər tərəfdən Avropaya can atan (ən azından ukraynalıların çoxu bu istiqamətdə hərəkət etmək istəyir) Ukrayna, digər tərəfdən isə heç bir tərəfə hərəkət etmək istəməyən Əliyev  və Azərbaycan var. Onlar öz yerlərində durmaq və Rusiyanın orbitində qalmaq istəyirlər».

«Ukrayna hadisələri Moskva ilə keçmiş Sovet respublikaları arasında əlaqələrə nə kimi təsir göstərə bilər və bu Rusiyanın  özündə daxili siyasi sabitliyi poza bilərmi» sualına isə siyasi analitik belə cavab verib:  «Düşünürəm ki, nəinki Kreml, həmçinin bütün avtoritar dövlətlərin liderləri, o cümlədən  «Şərq Əməkdaşlığı»na üzvləri olanlar, ilk növbədə də Azərbaycan Maydanı dəhşətlə, şok vəziyyətində və təhlükə hissi yaşayaraq izləyir. Təbii ki, Maydan postsovet məkanında bütün avtoritar dövlətlər üçün hər an baş verə biləcəklərin xəbərdarlığıdır. Bu səbəbdən hesab edirəm ki, ən azı Moskvada Maydan hadisələri qorxu, sanksiyalar və respresiya tədbirləri üçün əsas olacaq».

faktxeber.com