Model Günay Musayeva müğənni Azəri qızı Günelllə Türkiyənin tanınmış simalarına ziyafət verib. 

Türkiyədə açılan ilk Azərbaycan restoranında verilən ziyafətdə sənətçilərin qonaqları modelyer Çiğdem Akın, Demet Akalının keçmiş həyat yoldaşı Öndər Bekansir, menecer Erkan Özerman, model Ecem Gürsel və Günay Musayevanın həyat yoldaşı olub.

Qeyd edək ki, iki azərbaycanlı xanımın ziyafəti dünən Türkiyədə keçirilən rüşvət əməliyyatı ilə eyni günə təsadüf edib. Həbs olunanlar arasında Azəri qızı Günelin 8 illik sevgilisi, hazırda isə Ebru Gündeşin həyat yoldaşı olan Rza Zərrab da var.