Dünyanın ən çox izlənilən klipi olan “Gangnam Style”yə rəqib var.
Norveçin “Ylvis” qrupunun “The fox” (“Tülkü”) mahnısı “Youtube” video paylaşım saytında rekord qırır.
Sentyabrda təqdim olunan klipə artıq 274.6 milyon dəfə baxılıb. Ekran işinin 1.8 milyard izlənmə sayı ilə mütləq rekorda sahib olan PSY-nin klipini geridə qoyacağı ehtimal olunur.
Qeyd edək ki, klipdə Veqard və Bard Ylvisaker qardaşları tülkü imicində gəzir və qeyri-adi səslər çıxarır.