Bayram Səfərov: “Ermənistan Respublikası deyilən bir məhfum ancaq kağız üzərindədir”
Bayram Səfərovl Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədridir.
– Bayram müəllim, siz Qarabağ İcmasına rəhbər seçiləndən sonra dünyanın ayrı-ayrı ölkələrində icmanın nümayəndəliklərinin yaradılacağı bildirilirdi. Bu məslə ilə bağlı işlər nə yerdədir? İcmanın statusunun genişləndirilməsinə ehtiyac duyursunuzmu?
– İşlər davam edir. Xarici ölkələrdə nümayəndəlik açmaq sözdə asandır. Bunun üçün dövlətlər icazə verməlidir. Onu deyə bilərəm ki, Azərbaycanın xaricdəki diplomatik korpusları bu işin öhdəsindən gəlir. İcma siyasətlə məşğul deyil. Bizim məqsədimiz torpaqlarımıza qayıtmaqdır. Bunun üçün statusumuz yetərlidir. Möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman bildirir ki, biz öz torpaqlarımıza qayıdacağıq. Torpaqlarımızdan bir qarış belə ermənilərə verilməyəcək. Azərbaycanın 3 rəngli bayrağı Xankəndində, Şuşada və digər işğal altında olan yerlərdə dalğalanacaq, bütün işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələri çıxarılacaq.
– Azərbaycana gələn beynəlxalq təşkilatların nümayəndələri icma üzvləri ilə görüşməkdə o qədər də maraqlı görünmürlər.
– Bizim gələn qonaqlarla görüşlərimiz olur. İcmanın İdarə Heyətinin üzvləri ilə görüşlər olur. Hərə öz fikrini bildirir. Görüşlərdə Fərhad Bədəlbəyli, Kamal Abdulla, Rövşən Rzayev, Vaqif Fərzəliyev öz həyat təcrübəsiləri, vətənpərvərlikləri, alovlu çıxışları ilə gələnləri təəccübləndirirlər. Beynəlxalq təşkilatlardan gələn nümayəndələrə deyirəm ki, siz demokratiyadan danışırsınız. Ancaq desəniz ki, gedin doğma Şuşanda qəbirsanlığı ziyarət edib, mənim ona imkanım yoxdur. Onlar buna çox təəccüblənir. Çünki onlar bilmirlər ki, Ermənistanda vəziyyət necədir, Ermənistan monorespublikadır, orada ermənilərdən başqa heç bir millət yoxdur. Hər dəfə deyirəm ki, Azərbaycanda ayrı-ayrı xalqlar qalır. Gedin onlardan soruşun, görün, onların Azərbaycandan bir narazılıqları var?
– Sizə elə gəlmir ki, biz beynəlxalq təşkilatlara daha çox bel bağlayırıq? Bilə-bilə ki, onların bizə köməyi dəyməyəcək, yenə də, onlardan ümidimizi üzmürük.
– Bir məsələni deyim, baş verənlər Dağliq Qarabağın müharibəsi deyil. Bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi adlanıdırblar. Bütün dünyaya bəllidir ki, bu məsələnin uzanma səbəbi nədir? BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının erməni silahlı qüvvələrindən qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnaməsi var, amma 22 ildir 4 qətnamə yerinə yetirilmir. Amma bu qurumun elə qətnaməsi var ki 3-4 saat ərzində yerinə yetirilir. Ancaq onu da deməliyəm ki, dünya Azərbaycan üçün əvvəlki baxışda deyil. Bir az artıq danışanda Azərbaycanı sülhə çağırırlar. Bəli, erməniləri müdafiə edən qüvvələr var, ermənilərin tərərfdarları olan ölkələr var. Çətindir, ancaq əminəm ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik. Cənab Prezidentimizin apardığı siyasət bunu göstərir. Hər gün Azərbaycanın hörməti, qüdrəti, dünyada Azərbaycana olan etibar artır. Azərbaycana olan hörmət nə qədəər artırsa, Ermənistana da o qədər hörmət azalır. Ermənistanın nəyi var axı? Ermənistan Respublikası deyilən bir məhfum ancaq kağız üzərindədir.
– Bu gün Ermənistanın bütün ölkələrdəki səfirliklərində Qarabağ erməniləri qanunsuz fəaliyyət göstərir. İcma olaraq həmin ölkələrə etiraz məktubu yazmısınız?
– Xeyr, yazmamışıq. Çünki bu məsələlərlə Xarici işlər Nazirliyi fəal məşğul olur. Bu qurumun işlərindən olduqca razıyıq və əməkdaşlıq edirik. Ermənistan hər ölkədə bir guşə düzəldib. Ancaq hamısı yalandandır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bütün dünyada başlatdığı “Xocalıya ədalət” kampaniyası ermənilərin bütün yalanlarını alt-üst edir.
– İcmanın bir hədəfi də daxildə Qarabağda olan azərbaycanlıların toparlanmasıdır. Bu istiqamətdə içlər qaneedicidirmi?
– Bu məsələlərlı bağlı heç bir problem yoxdur. Azərbaycanın bu gün müasir, silahlanmış ordusu var. Biz ordumuza arxayınıq. Bu gün Azərbaycan ordusunun gücü var. Bizm Mübariz , Fərid kimi övladlarımız özlərinin vətənpərvərliyi ilə ermənilərə başa saldılar ki, biz hələ varıq. Belə oğullarımız çoxdur.
– İcmalararası danışıqlarla bağlı məsələ nə yerdədir?
– Məndə dəqiq məlumat var ki, Sarkisyan icmalararası danışığın əleyhinədir. Özü etiraf edib ki, icmalar 2-3 dəfə görüşsə daha ona ehtiyac olmayacaq. Bilirəm ki, Qarabağda yaşayan ermənilər arasında da yaxşıları, ağıllıları var. Onların hamısı cani deyil. Onlar da rahat yaşamaq istəyir. Amma indin Qarabağda ermənilər pis durumda yaşayırlar. Bəzən deyirlər ki,Laçında, Şuşada tikintilər işləri gedir. Bunların hamısı yalandır. Yolu bağlı olan ölkənin nə iqtisadiyyatı ola bilər? Türkiyə, Azərbaycan ilə Ermənistanın yolları bağlıdır. Orada yaşayan, ağlı olan erməni bilir ki, Şuşa, Ağdam, Xocalı, Xankəndi, digər işğal olunan bölgələr Azərbaycanındır. İkinci Dünya Müharibəsindən sonra Berlinin ortasından sədd çəkilmişdi. Axırda o hasar götürüldü. Zaman gələcək erməni silahlı qüvvələri bizim torpaqlardan çıxacaq. Xoşluqla olmasa, onları zorla qovacağıq. – Bu yaxınlarda Türkiyə tərəfdən 5 rayonun geri qaytarılması məsələsi gündəmə gəldi. Bununla bağlı fikirləriniz nələrdit? – Danışıqlarda nələrin müzakirə olunmasından xəbəsizəm. Tək bir şeyi əminliklə deyə bilərəm ki, biz torpaqlarımıza qayıdacağıq. Biz orada yaşayacaq, quruculuq işləri ilə məşğul olacağıq.
– İndiki gənc nəslə baxanda əminlik məsələsində bir problem yaşanmır ki?
– Azərbaycan gənclərinin ağsaqqala olan hörməti, onları dinləmə qabiliyyəti hələ itməyib. Kim istəməz ki, doğma yurduna qayıdıb qohumlarının qəbirlərini ziyarət etməsin…