Bu doğum zamanı can verən 22 yaşlı qızın atasının fəryadıdır.
Göyçay sakini Xəyalə Quliyeva ana olmaq üçün getmişdi xəstəxanaya. İlk körpəsini qucağına götürəcək, valideynlərinə isə nənə-baba olma sevincini daddıraqdı. Hər şey qaydasında idi, çünki hamiləlik dövründə daim həkim müayinəsindən keçmişdi. Ancaq gözlənilən olmadı, körpəsini dünyaya gətirən gənc ana özü dünyasını dəyişdi.
Xəyalə Quliyeva hamiləliyinin 9 ayı ərzində həkim kimi Zəhra Salmanovanın nəzarətində olub. Lakin son iki ayda Qəbələdə olduğundan müayinəyə gəlməyib və yalnız 20 gün əvvəl son müayinədən keçib. Həkimin sözlərinə görə qadın anemiyadan əziyyət çəksə də ciddi bir problemi olmayıb. Doğuş baş verən anda onda boğulma və qıcolma baş verib. Reanimotoloqlar tərəfindən qan köçürülmə və digər xilasetmə tədbirləri görülsə də ananın həyatını xilas etmək olmayıb.
Ailə üzvləri Xəyalə Quliyevanın doğuş zamanı ölümün səbəbini həkim səhlənkarlığında görür.
Yaxınlarının sözlərinə görə qız öldükdən sonra onlara bunun haqqında məlumat verəndə olmayıb.
Doğulduğu gündən anasız qalan körpə qızı isə hazırda həkim nəzarətindədir.
Ölümün səbəbinin hələlik müəyyən olunmayıb. Meyit tibbi ekspertizaya göndərilib. Ekspertizanın nəticələri əldə olunandan sonra ölümün dəqiq səbəbləri müəyyən olunacaq. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırmalara başlanıb.