Tatarıstanın paytaxtı Kazanda yerli aviaşirkətə məxsus “Boeing 737-500” tipli təyyarə qəzaya uğrayıb, 50 nəfər ölüb
“Tatar-İnform” agentliyinin məlumatına görə, ölən sərnişinlər arasında Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanov da olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, təyyarə aerodromun uçuş meydanına enərkən yerə çırpılıb. Təyyarədə olan 6 ekipaj və 44 sərnişinin hamısı ölüb.Hadisənin baş vermə səbəbləri araşdırılırQəza yerli vaxtla saat 19:25-də baş verib.
http://youtu.be/yKSBy15Gvso