Dünyanın ən məşhur aktyor və idmançılarından biri Jan-Klod Van Damm yeni reklam çarxına çəkilib.

Axşam.az xəbər verir ki, o, çarxda “Volvo”nun iki yük maşınının güzgüsü üzərində dayanır.

Daha sonra avtomobillər arxa istiqamətdə hərəkətə başlayır və getdikcə bir-birindən aralanır. Bu zaman 53 yaşlı Van Damm “şpaqat” fəndini yerinə yetirir.

Reklamın məqsədi “Volvo”nun yük maşınlarının dəqiq idarə olunması və düzgün hərəkət etməsini nümayiş etdirmək olub.