Britaniya şahzadəsi Uilyam və Keyt Middlton həyatlarının ən əlamətdar günlərindən birini yaşayıblar.
Axşam.az-ın məlumatına görə, kral ailəsi körpələrini xaç suyuna salma mərasimini təşkil ediblər.
3 aylıq uşağın 7 xaç atası və anası olacaq. Mərasimə kral ailəsinin yaxın dostları və qohumları qatılıb. Vəftiz günündə qonaqların sayı 22 olub. Onlar xüsusi don geyindirilmiş körpənin xaç suyuna salınmasını maraqla izləyiblər. Bu libas 1841-ci ildən bəri eyni olaraq qalır və heç bir dəyişiklik edilmir. Həmin geyimlərdə kral ailəsinin 60-dan çox üzvü xaç suyuna salınıb. Qeyd edək ki, cütlüyün Georq Aleksandr Lui adlı körpəsi iyunun 22-də dünyaya gəlib. Valideynlər onu şəhərkənarı iqamətgaha apararaq uşağın tərbiyəsi ilə orada məşğul olmağı üstün tutublar.
http://youtu.be/FRIf-sBCBzw