Hollivud ulduzu Ancelina Coli 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyir.
ABŞ-ın sabiq Dövlət Katibi Hillari Klinton onun bu cəhdinin qarşısını almağa çalışır.
Aktrisa siyasətçilərlə birgə sammitlərdə iştirak edir və prezident olmağa istəkli görünür. Yüksək siyasi dairələrdə isə Hillari Klintonla yanaşı, keçmiş ABŞ prezidenti Bill Klinton da Coliyə qarşı çıxıb. Bill Klinton Birləşmiş Millətlər Təşkilatındakı fəaliyyətin prezident olmaq üçün kifayət olmadığını bildirib. Hillari isə hətta Ancelinanın Bred Pitti Cennifer Anistonun “əlindən almasını” da xatırladıb.
38 yaşlı aktrisanın deyilənlərə reaksiyası haqqında məlumat yoxdur.