Erməni mətbuatına müsahibəsində Azərbaycanda təqiblərə məruz qaldığını açıqlayan yazar Günel Mövludun fikirləri dünəndən ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Yazar haqqında deyilən fikirlərə aydınlıq gətirmək üçün “Meydan” TV-yə müsahibə verib.
“Qafqazinfo” həmin video-müsahibəni təqdim edir:
Qeyd edək ki, Günel müsahibəsində 8-10 ay öncə ona xəbərdarlıq edildiyini deyib:
“Mənə dedilər ki, növbədə sənsən. Mən dəfələrlə belə təhdidlər almışam”.
Bir daha xatırladaq ki, Günel Mövlud ölkə mediasına və eləcə də “Facebook” hesabında ölkədən getmə səbəbini sadəcə yeni işi ilə bağlamışdı:
“Mən və həyat yoldaşım “Meydan TV” ilə 3 aylıq müqavilə bağlamışıq. Bu 3 ay ərzində Almaniyada qalacağıq. Sonra necə olacağı hələ ki, nə Meydan TV-yə nə də bizə məlum deyil. Almaniyadan da bu müddət üçün işçi vizası almışıq. Almaniyaya getməyimin səbəbi təkcə budur”.