ABŞ həbsxanasında qeyri-adi qaçış qeydə alınıb.
Publika.Az-ın məlumatına görə, polislər onların gözü qarşısında pəncərədən qaçan məhbusu yaxalaya bilməyiblər.
Belə ki, avtomobil oğrusu olduğu üçün həbsdə yatan 33 yaşlı Derrik Estel Arkanzas ştatında yerləşən Hot Sprinqs şəhərindəki həbsxanadan qaçıb. Polislərin başı söhbətə qarışanda o pəncərədən özünü çölə atıb. Bu qeyri-adi qaçış planını Derrik iki yoldaşı ilə planlayıb ki, onlardan biri azadlıqda, digəri həbsdədir. Plana görə onun yoldaşı polisi söhbətə tutan zaman Derril pəncərədən atılaraq qaçmalı, çöldəki yoldaş isə maşını yaxınlaşdıraraq onu qaçırmalı imiş. Plan alınıb. Hazırda Derrik Estel federal axtarışa verilib.