Azərbaycan manatı – Azərbaycan Respublikasının pul vahididir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.
Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub.
FaktXəbər-in məlumata görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka mənsubdur.
Sikkələr: 1, 3, 5, 10, 20, 50 qəpik
Əsginazlar: 1, 5, 10, 20, 50, 100 manat
Yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunub. Mərkəzi Bankın sifarişi əsasında Vitam Reklam Şirkəti tərəfindən hazırlanan təqdimat mərasimi Excelsior Hoteldə baş tutub. Təqdimat mərasimində ölkə prezidenti, yüksək vəzifəli dövlət məmurları və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri iştirak ediblər
Mədəniyyət mövzusuna həsr olunub.
Əskinas 120 × 70 mm ölçüdə olan xüsusi kağızda çap olunub. Əskinasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – Tar, Kamança və Dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilib.
Mühafizə elementləri: Əskinasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər vardır.
Yazı və ədəbiyyat mövzusuna həsr olunub.
Əskinas 127 × 70 mm ölçüdə olan ağ kağızda çap olunub. Əskinasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunub. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilib, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey əlifbası, müasir yazımız çap edilib.
Mühafizə elementləri: Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
Tarix mövzusuna həsr olunub.
Əskinas 134 × 70 mm ölçüdə olan ağ kağızda çap olunub. Əskinasın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilib. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilib.
Mühafizə elementləri: Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
Qarabağ mövzusuna həsr olunub.
Əskinas 141 × 70 mm ölçüdə olan ağ kağızda çap olunub. Əskinasın üz tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi “Xarı Bülbül” təsvir olunub. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilib.
Mühafizə elementləri: Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
Təhsil və gələcək mövzusuna həsr olunub.
Əskinas 148 × 70 mm ölçüdə olan ağ kağızda çap olunub. Əskinasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti pillələr, güc və işıq nişanəsi, günəş, elm rəmzi, kimyəvi və riyazi simvollar təsvir olunub. Əskinasın arxa tərəfinində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycanın xalçalarının ornamentləri çap olunub.
Mühafizə elementləri: Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
İqtisadiyyat və inkişaf mövzusuna həsr olunub.
Əskinas 155 × 70 mm ölçüdə olan ağ kağızda çap olunub. Əskinasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunub. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilib.
Mühafizə elementləri: Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
Qəpiklər