Avqustun 11-də baş tutmalı olan Türkiyə Superkuboku ölkəmizdə keçirilə bilər. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası “Qalatasaray” ilə “Fənərbaxça” arasında baş tutmalı olan qarşılaşmanın Bakıda keçirilməsi hər 2 kluba müraciət edib.
“Fanatik” qəzetinin iddiasına görə, TFF rəsmiləri bunun üçün hər 2 tərəflə görüşəcək. Onların razılığı alınacağı halda, nəinki Türkiyənin, dünyanın ən böyük derbilərindən hesab olunan “Qalatasaray” – “Fənərbaxça” derbisi paytaxtımızda keçiriləcək.
Qeyd edək ki, ötən il bu 2 komanda arasında baş tutmalı olan Superkubok görüşünün də Bakıda oynanılacağı məhz may ayında gündəmə gəlmişdi. Ancaq klublar buna müsbət yanaşmadığı üçün derbi Ərzurumda baş tutmuşdu.