Futbolçular rəngli ayaqqabılarla meydana çıxdılar (FOTO) “Barselona”lı oyunçular öz mövqelərinə uyğun ayaqqabı geyiniblər
İspaniya Çempionatında 36-cı turun oyunları çərçivəsində keçirilən “Barselona” – “Valyadolid” oyununda maraqlı hadisə yaşanıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, kataloniyalılar meydançaya rəngli idman ayaqqabılarına çıxıblar.
Qırmızı, göy və yaşıl rəngli krossovkaları futbolçular meydançadakı mövqelərinə görə seçiblər. Məsələn, qırmızı butslar müdafiəçilərin rəngidir. Maskerano və İnyesta yaşıl, Pedro və Fabreqas isə göy rəngdə ayaqqabı ilə meydana çıxıblar.